Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov ukraynalı həmkarını sərhəddəki gərginliklərlə bağlı məlumatlandırdı

Ceyhun Bayramov ukraynalı həmkarını sərhəddəki gərginliklərlə bağlı məlumatlandırdı


27-05-2021, 19:35. Yazar: Admin

#

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Nazir Dmitro Kuleba 28 May – Respublika Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib, ona səmimi və xoş arzularını çatdırıb.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov münaqişədən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli sazişlərin icrası, habelə sərhəd bölgəsində yaşanan son gərginliklər və Ermənistan tərəfinin təxribatları barədə Ukrayna xarici işlər nazirinə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.

Geri dön