Ana Sayfa > Karusel / Gündəm > Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək

Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək


27-05-2021, 16:23. Yazar: Admin
title

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Sərnişinlər yalnız avtovağzal stansiyalarına daxil olduqda onların hərarətləri yoxlanılacaq. Hər hansı sərnişində narahatlıq yaranarsa və yaxud hərarəti yüksək olarsa, o, avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcək”, - deyə o, qeyd edib.


Geri dön