Ana Sayfa > Karusel / Gündəm > Paşinyan Azərbaycanla yeni bir anlaşma üçün iki variant təklif edib

Paşinyan Azərbaycanla yeni bir anlaşma üçün iki variant təklif edib


27-05-2021, 11:13. Yazar: Admin
title

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxmadan hər hansı bir müqavilənin imzalanmasını istisna edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, dünən parlamentdəki çıxışı zamanı bildirib.

“Başlanğıcda Azərbaycan qoşunlarını geri çəkmədən hər hansı bir razılaşma imzalayacağımıza dair bir variant olmadığını söylədik. Belə bir seçim yox idi. İki variant təklif etdik: Ya Azərbaycan qoşunları geri çəkilir, sonra da razılaşdırılmış sənəd imzalanır və ya imzalanmış sənəddə Azərbaycan qoşunlarının neçə gün ərzində, haradan və nə zaman çıxarılacağı açıq şəkildə ifadə edilir", - Paşinyan qeyd edib.

Ermənistan liderinə görə, bu sənəd haqqında məlumat internetə sızmadan əvvəl də Ermənistan tərəfi məsələ ilə bağlı iki yazılı təklif təqdim etmişdi.

“Birincisi, məhbusların tam qayıtması ilə əlaqədar idi, ikinci olaraq isə Azərbaycan qoşunlarına çəkilməli olduqları koordinatları vermişdik. Heç bir cavab ala bilmədik”.(Qazet.az)


Geri dön