Ana Sayfa > Karusel / Gündəm > Ermənistan Müdafiə Nazirliyi 6 hərbçinin saxlanıldığını təsdiqlədi

Ermənistan Müdafiə Nazirliyi 6 hərbçinin saxlanıldığını təsdiqlədi


27-05-2021, 09:59. Yazar: Admin

 

Ermənistan Müdafiə Nazirliyi 6 hərbçinin saxlanıldığını təsdiqlədi

 

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən 6 erməni hərbçinin zərərsizləşdirilərək saxlanılması barədə məlumatı təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.


Geri dön