Ana Sayfa > Karusel / Region > Ombudsman Ermənistanın atəşkəsi pozması ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq
Ombudsman Ermənistanın atəşkəsi pozması ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq27-05-2021, 08:43. Yazar: Admin |
“Mayın 24-dən 26-dək Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Geharkunik bölgəsindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Kəlbəcər və Gədəbəy rayonlarındakı mövqeləri atəşə tutulub. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhəri istiqamətində də avtomat silahlardan havaya atəş açıblar”. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib. “Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəsi pozmaqla yeni münaqişə ocaqları yaratmaq və bölgədəki insan hüquqlarını təhdid edən hər cür cəhdini qınayırıq. Biz vəziyyəti diqqətdə saxlayırıq və əldə etdiyimiz məlumatlara əsaslanan hesabatlar vasitəsilə beynəlxalq təşkilatları məlumatlandıracağıq” - açıqlamada vurğulanıb. Geri dön |