Ana Sayfa > Karusel / Gündəm > Bazarlarda maskadan istifadəyə dair tələb dəyişib

Bazarlarda maskadan istifadəyə dair tələb dəyişib


26-05-2021, 17:54. Yazar: Admin

 

#

Qapalı bazarlarda insanlar sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməlidir.

Qarabaginfo.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əksini tapıb.

Qeyd edək ki, bu tələb 31 may saat 06:00-dək ümumiyyətlə bazarlara aid edilirdi, həmin tarixdən isə yalnız qapalı bazarlara aid ediləcək.


Geri dön