Ana Sayfa > Karusel / Sosial > Nazirlik: Bayılda sürüşmə aktiv fazadadır

Nazirlik: Bayılda sürüşmə aktiv fazadadır


13-02-2018, 10:31. Yazar: Admin

 

 

Hazırda əraziyə mayak qoymaq və başqa işlər görmək mümkünsüzdür

"Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır, davam edir”.

"Qarabaginfo" xəbər verir ki, bunu “Report.az”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək olmaz: “Ərazidə 20-30 metrlik böyük yarğanlar var. Hazırda orada topoqrafik işlər aparılır. Hazırda əraziyə mayak qoymaq və başqa işlər görmək mümkünsüzdür".

Ekspedisiya rəisi qeyd edib ki, Zığ, Masazır qəsəbəsindəki “Zəli gölü”, Nübar qəsəbəsidə olan sürüşmə sahələrində  

də aktivləşmə var. 


Geri dön