Ana Sayfa > Karusel / Gündəm > Bu gün peyvənd olunanların sayı açıqlandı

Bu gün peyvənd olunanların sayı açıqlandı


26-05-2021, 16:48. Yazar: Admin

 

Bu gün peyvənd olunanların sayı açıqlandı

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 min 615 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 149, ikinci mərhələ üzrə 8 min 466 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 milyon 55 min 986, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 milyon 184 min 780, ikinci mərhələ üzrə isə 871 min 206 təşkil edir.

 

 


Geri dön