Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Şuşanın baş planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Qarabaginfo.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Böyük Britaniyanın “Chapman Taylor” şirkətidir.
Qalib şirkətə 3,941 milyon manat ödəniləcək.