Bu gün jurnalistlərə açıqlama verən Ermənistan Parlamentinin "Mənim addımım" fraksiyasının üzvü Ruben Rubinyan Ermənistandakı sərhəd vəziyyətinə toxunaraq vəziyyəti həll etmək üçün ölkənin müttəfiqlərindən hərbi yardım gözlədiklərini vurğulayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
"Müttəfiqlərimiz bizi vəziyyəti gərginləşdirməməyə, məsələni diplomatik və siyasi yollarla həll etməyə çalışmağa çağırıb. İştirak etdiyimiz müttəfiq platformalarında konkret işlərlə bağlı açıq-aydın müddəalar var. Onlardan kömək istəmək üçün heç bir şey etmirik, ancaq biz dəqiq sənədlər əsasında, açıq bir məktub ilə müraciət etdik. Müttəfiqlərimizin bu məsələdə bizə dəstək olmasını gözləyirik", - Rubinyan qeyd edib.(Qazet.az)