Ana Sayfa > Karusel / Gündəm > MN: Ermənistan tərəfdən Kəlbəcər və Gədəbəydəki mövqelərimiz atəşə tutulub

MN: Ermənistan tərəfdən Kəlbəcər və Gədəbəydəki mövqelərimiz atəşə tutulub


26-05-2021, 13:44. Yazar: Admin

 

#

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Qarabaginfo.az-ın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi xəbərə görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Geri dön