Ana Sayfa > Karusel / Qarabağ > Ermənistanın dini rəhbəri II Qaregin Laçından keçib Azərbaycana gəlməyə hazırlaşır...

Ermənistanın dini rəhbəri II Qaregin Laçından keçib Azərbaycana gəlməyə hazırlaşır...


26-05-2021, 09:31. Yazar: Admin
Ermənistanın dini rəhbəri II Qaregin Laçından keçib Azərbaycana gəlməyə hazırlaşır...
“Yəqin ki, Şeyx Allahşükür Paşazadə Ermənistan katolikosunun Qarabağa – Azərbaycan torpaqlarına səfərinin baş tutmaması üçün qəti tədbirlər görəcək...”
 
Bütün ermənilərin katolikosu II Qaregin 3-6 iyun tarixlərində Qarabağda səfərdə olacaq.
 
Qarabaginfo.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın  “Johovurd" qəzeti yazıb. 
 
Məlumata görə, Rusiya sülhməramlı(?) kontingentinin  nəzarətində olan Laçın “dəhliz”indəki Azərbaycan dövlət sərhədini pozub torpaqlarımıza ayaq basacaq Ermənistan dini liderinin Xankəndində bir sıra görüşlər keçirməsi, habelə “sülh və iki erməni respublikasının  çiçəklənməsi üçün” dualar oxuyacağı ortaq bir ayin təşkil etməsi planlaşdırılır.
 
Ermənistan qəzeti qeyd edir ki, bu, 44 günlük müharibədən sonra katolikosun Qarabağa ilk səfəridir. 
 
“Ümumiyyətlə, Qarabağdakı 44 günlük müharibədən sonra Ermənistan hökumət nümayəndələri nadir hallarda Qarabağa gediblər və katolikosun səfəri bu baxımdan misilsizdir. Və bu arada qeyd etmək lazımdır ki, 44 günlük savaşdan sonra Ermənistan baş naziri Nikol Paşinyan və  parlament spikeri Ararat Mirzoyan Qarabağı ziyarət etməyiblər ”-deyə erməni nəşri vurğulayır.
 
P.S. Yəqin ki, Qafqaz Müsəlmanları(!) İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadə Ermənistan katolikosunun Qarabağa – Azərbaycan torpaqlarına səfərinin baş tutmaması üçün qəti tədbirlər görəcək...

Geri dön