Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya və Yaponiya gəmiləri toqquşub, üç heyət üzvü ölüb
Ana Sayfa > Karusel / Hadisə > Rusiya və Yaponiya gəmiləri toqquşub, üç heyət üzvü ölüb

Rusiya və Yaponiya gəmiləri toqquşub, üç heyət üzvü ölüb


26-05-2021, 08:57. Yazar: Admin

 

#

Yaponiyaya məxsus "Dai-hachi Hokko-maru" balıqçı gəmisi Hokkaydonun Monbetsu şəhəri yaxınlığında Rusiyanın "Amur" balıqçı gəmisi ilə toqquşub.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində yapon gəmisinin 3 heyət üzvi ölüb.

Xilasetmə və təcili yardım xidmətinin yaydığı məlumata görə, Yapniya gəmisində 9,7 ton yük, 6 heyət üzvü, Rusiya gəmisində isə 662 ton yük və 23 nəfər heyət üzvü olub.

Yerli vaxtla, təxminən saat 6-da (Bakı vaxtı ilə 01:00) Monbetsu limanından 23 kilometr məsafədə baş verən hadisə nəticəsində yapon balıqçı gəmisi aşıb. Yapon gəmisinin göyərtəsindəki beş nəfər “Amur”un ekipajı tərəfindən xilas edilib, lakin onlardan üçünün öldüyü məlum olub.


Geri dön