Ana Sayfa > Karusel / Region > Rusiya Baş nazirinin müavini Ermənistanı “Zəngəzur dəhlizi”ni açmağa çağırdı

Rusiya Baş nazirinin müavini Ermənistanı “Zəngəzur dəhlizi”ni açmağa çağırdı


25-05-2021, 20:50. Yazar: Admin

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanı sağlam düşüncəni rəhbər tutmağa və Cənubi Qafqazda nəqliyyat yollarının açılmasına başlamağa çağırıb.

Qarabaginfo.az RİA Novosti-yə istinadən bildirir ki, bu bəyanatla o, "Tver vaqonqayırma zavodu" (TVZ) ASC-nin istehsalı olan yeni vaqonların Ermənistana göndərilməsi mərasimində çıxış edərkən deyib.

"Biz hamımız çox gözləyirik və ümid edirik ki, burada sağlam düşüncə üstünlük təşkil edəcək və biz tezliklə Zaqafqaziya regionunda nəqliyyat yollarının açılmasına başlaya biləcəyik", - deyə Overçuk vurğulayıb.

Onun sözlərinə görə, indiki reallıqlarda regionda nəqliyyat infrastrukturunun inkişafı "həmişəkindən daha vacibdir". Overçuk qeyd edib ki, bu gün bütün regionun inkişafı üçün - həm iqtisadiyyat, həm də nəqliyyatın inkişafı baxımından tamamilə yeni şərait yaranır.

"Bu, Ermənistanın bütün iqtisadi potensialının açılması üçün unikal şərait yarada bilər, bu, Avrasiya inteqrasiyamızı tam şəkildə reallaşdırmaq üçün unikal, gözəl şərait yarada bilər", - deyə Baş nazirin müavini qeyd edib.


Geri dön