Ana Sayfa > Karusel / Siyasət > BƏƏ Prezidenti və Baş naziri İlham Əliyevi təbrik edib

BƏƏ Prezidenti və Baş naziri İlham Əliyevi təbrik edib


25-05-2021, 20:23. Yazar: Admin

 

BƏƏ Prezidenti və Baş naziri İlham Əliyevi təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az-ın 3xəbərinə görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram".

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum da Azərbaycan Prezidentini təbrik edib.

Təbrik məktubunda deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı firavanlıq və tərəqqi arzu edirəm".


Geri dön