Ana Sayfa > Karusel / Siyasət / Dünya > Kreml Putin-Bayden görüşünün yerini, tarixini və gündəliyini açıqlayıb

Kreml Putin-Bayden görüşünün yerini, tarixini və gündəliyini açıqlayıb


25-05-2021, 19:39. Yazar: Admin

 

#

 

“Əldə olunan razılığa əsasən Rusiya Prezidenti Vladimir Putin iyunun 16-da Cenevrədə ABŞ Prezidenti Cozef baydenlə danışıqlar aparacaq”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya-ABŞ münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini, strateji sabitlik problemlərini, habelə beynəlxalq gündəlikdəki aktual məsələləri, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizə və regional münaqişələrin həllində qarşılıqlı əlaqələri müzakirə etmək niyyətindəyik”, - deyə məlumatda vurğulanıb. (APA)


Geri dön