Ana Sayfa > Karusel / Qarabağ > DSX: Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb
DSX: Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb25-05-2021, 19:24. Yazar: Admin |
Dövlət Sərhəd Xidməti Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə yaydığı məlumata münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 25 may 2021-ci il tarixində Ermənistan ilə dövlət sərhədində Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb. Geri dön |