Ana Sayfa > Karusel / Gündəm > Şahmar Mövsümov COVID-19 pasportunu paylaşdı - Foto

Şahmar Mövsümov COVID-19 pasportunu paylaşdı - Foto


25-05-2021, 17:08. Yazar: Admin

 

Şahmar Mövsümov COVID-19 pasportunu paylaşdı

 

Prezidentin köməkçisi Şahmar Mövsümov şəxsi COVID-19 pasportunun fotosunu paylaşıb. 

Qarabaginfo.az-ın məlumatına görə, Ş. Mövsümov şəklə bu şərhi verib: “Pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolu peyvənddir!”

Qeyd edək ki, bu gün Operativ Qərargahın brifinqində açıqlanan məlumata əsasən, COVİD pasportu olan şəxslər idman-sağlamlıq mərkəzlərindən istifadə edə biləcəklər. COVİD pasportu iki sertifikatdan ibarətdir. Birincisi, peyvəndləşmə sertifikatı, ikincisi isə immunitet (yoluxub sağalmış şəxslər) sertifikatıdır.

 

 

 


Geri dön