Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda peyvənd vurduranların sayı 2 milyonu ÖTDÜ

Azərbaycanda peyvənd vurduranların sayı 2 milyonu ÖTDÜ


25-05-2021, 16:42. Yazar: Admin

Azərbaycanda son sutkada 34287 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24233  nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 10054  nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2021371 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1158631 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 862740  nəfərdir.


Geri dön