"İki gün əvvəl azərbaycanlılar həm Sünik sərhədində, həm də Qorayka qədər irəlilədilər".
Qarabaginfo.az xəbər verir ki, bu barədə Sünikin keçmiş valisi Vahe Akopyan bugün keçirilən mətbuat konfransında məlumat verib.
“Vəziyyət sabit və gərgin olaraq qalır. Düşünürəm ki, bu, bir müddət davam edərsə, Sünik xalqı Azərbaycan Silahlı Qüvvələrinin ərazimizdə yerləşdiyini qəbul etməyə başlayacaq", - Akopyan bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti və Müdafiə Nazirliyinin nümayəndələri vəziyyətə nəzarəti itirirlər.(Qazet.az)