Ana Sayfa > Karusel / Gündəm > DİN Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məIumat yaydı

DİN Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məIumat yaydı


25-05-2021, 14:22. Yazar: Admin

Daxili İşlər Nazirliyi Bakıda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, mayın 24-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində F.Əhmədov idarə etdiyi “Feldbinder” markalı qoşqulu yük avtomobilini qarşıda dayanmış S.Məhərovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə vurub. Nəticədə S.Məhərovun 3 sərnişini hadisə yerində öüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri orta-ağırdır.

 

Xəzər RPİ tərəfindən araşdırma aparılır.


Geri dön