“Biz bilməliyik ki, mədəniyyətin iki komponenti var. Şuşa erməni işğalından çox ağır zərbə alıb. Ora tarixi görkəmini almaqla bərpa olunmalıdır”.
Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin heç birində özəlləşdirilmə aparılmayıb: “Əgər özəlləşdirmə aparılarsa, o zaman həmin yerlərin sakinləri üstün mövqeyə malik olmalıdır”.