Ana Sayfa > Karusel / Gündəm / Kriminal > “Kriti Elmar” tutuldu

“Kriti Elmar” tutuldu


25-05-2021, 10:18. Yazar: Admin

 

“Kriti Elmar” tutuldu

 

Lənkəranda avtoritet saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayon sakini Elmar Abdullayevin üzərindən dörd bükümdə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.

Qeyd edək ki, cinayətkar aləmdə “kriti Elmar” kimi tanınan həmin şəxs əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunub. 

Faktla bağlı araşdırma aparılır.

 

 


Geri dön