Ana Sayfa > Karusel / Siyasət > Belarus və Rusiya prezidentləri görüşəcək

Belarus və Rusiya prezidentləri görüşəcək


24-05-2021, 19:28. Yazar: Admin

#

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin görüşəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Kommersant" Moskva və Minskdəki mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, görüş mayın 28-də Soçidə baş tutacaq.

Qeyd edək ki, bu, Lukaşenkonun 2021-ci ilin başlanğıcından bəri Rusiyaya üçüncü səfəri olacaq. Belarus prezidenti fevralın 22-də Soçidə, aprelin 22-də isə Moskvada rusiyalı həmkarı ilə görüşüb. (APA)


Geri dön