Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 424 nəfər COVID-19-dan sağalıb, 156 nəfər yoluxub

Azərbaycanda son sutkada 424 nəfər COVID-19-dan sağalıb, 156 nəfər yoluxub


24-05-2021, 19:21. Yazar: Admin

 

#

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 132 nəfər müalicə olunaraq sağalıb, 4 867 nəfər vəfat edib, aktiv xəstə sayı 6611 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 546, ötən müddət ərzində isə ümumilikdə 3 458 790 test aparılıb.


Geri dön