Ana Sayfa > Karusel / Gündəm > Aeroport yolunda ağır qəza - ölən və yaralananlar var

Aeroport yolunda ağır qəza - ölən və yaralananlar var


24-05-2021, 17:33. Yazar: Admin



Hava limanı-Bilgəh yolunda “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA)  verilən məlumata görə, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

 


Geri dön