Çinin şimal-qərbində Qansu şəhərində keçirilən dağ marafon zamanı azı 16 nəfər ölüb, 5 nəfər itkin düşüb.
Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, 100 km-lik kros yarışı şənbə günü səhər Baiyin şəhəri yaxınlığında başlayıb.
Yarış zamanı hava şəraitinin kəskin pisləşməsi görmə məhdudiyyətinə səbəb olub. Xilasetmə qrupları şənbə günü Bakı vaxtı ilə 23:00-da 16 nəfərin ölən və itkin düşənlərlə bağlı məlumatı təsdiqləyib. İtkinlərin axtarışı davam edir.
Yarış dayandırılıb.