Ana Sayfa > Karusel / Mədəniyyət > “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya olub

“Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya olub


23-05-2021, 07:39. Yazar: Admin

 

#
Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.

Qarabaginfo.az xəbər verir ki, müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib.

Azərbaycanı yarışmada "Mata Hari" mahnısı ilə Samira Efendi təmsil edib. Azərbaycan təmsilçisi müsabiqədə 20-ci yerdə qərarlaşıb. Münsiflərin səsverməsində Azərbaycan 32, tamaşası səs verməsində isə 33 səs toplayaraq cəmi 65 səs toplayıb.

Qeyd edək ki, builki “Avroviziya -2021” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də, ikinci yarlmfinalı isə 2 gün sonra baş tutub.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. 2019-cu ildə İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi "Arcade" mahnısı ilə niderlandlı Dunkan Lourens olub.


Geri dön