Ana Sayfa > Karusel / Region > Türkiyə ordusuna “Kirpi” zirehli maşınlarının yeni variantı təhvil verilib
Türkiyə ordusuna “Kirpi” zirehli maşınlarının yeni variantı təhvil verilib22-05-2021, 19:27. Yazar: Admin |
Türkiyə Silahlı Qüvvələrinə 10 ədəd “Kirpi” zirehli maşınlarının partlayıcı maddələri aşkarlaya və zərərsizləşdirə bilən variantı təhvil verilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd olunan zirehli maşınlar mina və əldəqayırma partlayıcı maddələri robot qolu vasitəsi ilə uzaqdan zərərsizləşdirə bilir. “Nəqliyyat vasitəsindəki robot qol sayəsində personalımız nəqliyyat vasitəsindən çıxmadan mina və əldəqayırma partlayıcı maddələri təhlükəsiz şəkildə zərərsizləşdirə biləcəklər”, - deyə Nazirlik bildirib. Boş ağırlığı təxminən 19 ton olan “Kirpi” zirehli maşınları Türkiyənin BMC şirkəti tərəfindən istehsal edilir. (Ordu.az) Geri dön |