Ana Sayfa > Karusel / Siyasət > ABŞ-ın keçmiş səfiri: “Ağdamda yaşananlar çox üzücüdür”

ABŞ-ın keçmiş səfiri: “Ağdamda yaşananlar çox üzücüdür”


22-05-2021, 14:14. Yazar: Admin

 

#

 

“Ağdamda yaşananlar çox üzücüdür”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin tərkibində Ağdama səfəri zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib

Onun sözlərinə görə, bu, təcavüzü göstərir: “Bir məsələ yaxşıdır ki, artıq bu ərazilər işğaldan azad olunub. Azərbaycanın bu ərazilərdə suverenliyi bərpa edilib”.

Keçmiş səfir bildirib ki, bu ərazilərin bərpası, yaşayışın təmin olunması uzun zaman çəkəcək: “Biz çox maraqlıyıq ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olsun. Bu, çox əhəmiyyətlidir”.


Geri dön