Ana Sayfa > Karusel / İdman > Millimizin oyunu azarkeşlərlə keçirilə bilər, Moldova rəsmiləri icazə verdi

Millimizin oyunu azarkeşlərlə keçirilə bilər, Moldova rəsmiləri icazə verdi


22-05-2021, 11:07. Yazar: Admin

 

Millimizin oyunu azarkeşlərlə keçirilə bilər, Moldova rəsmiləri icazə verdi

Futbol üzrə Azərbaycan və Moldova komandaları arasında Kişineudakı yoldaşlıq oyununun azarkeşlərin iştirakı ilə keçirilmə ehtimalı yüksəkdir.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, Kişineu bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tamaşaçılara tribunaların tutumunun 50 faizini doldurmağa icazə verib.

Yerli federasiya "Şerif" və "Sfıntul George" komandaları arasında ölkə kubokunun finalının azarkeşlərlə olacağını təsdiqləyib. Eyni qərarın Moldova - Azərbaycan qarşılaşmasına da şamil ediləcəyi gözlənilir.

Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda baş tutacaq. Ölkə kubokunun finalı mayın 30-də eyni arenada gerçəkləşəcək.


Geri dön