Ana Sayfa > Karusel / İdman > Dördqat Avropa çempionumuz dopinqə görə yarışlardan kənarlaşdırıldı
Dördqat Avropa çempionumuz dopinqə görə yarışlardan kənarlaşdırıldı21-05-2021, 21:17. Yazar: Admin |
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova müvəqqəti diskvalifikasiya olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) qərar qəbul edib. Bolqarıstanlı legionerin dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.
Qeyd edək ki, Boyanka Kostova aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012, 2015 və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub (report). Geri dön |