Ana Sayfa > Karusel / Sosial > Sumqayıt əhalisinin sayı açıqlanıb

Sumqayıt əhalisinin sayı açıqlanıb


21-05-2021, 20:52. Yazar: Admin

#

 

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən verilən məlumata görə, 2021-ci ilin aprel ayının 1-nə Sumqayıt şəhər əhalisi 346,7 min nəfər olub.

Bu göstəricilərə əsasən, Sumqayıt şəhərində 309,4 min nəfər, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 23,6 min nəfər, Corat qəsəbəsində isə 13,7 min nəfər əhali yaşayır.

Bu rəqəm 2020- ci ilin müvafiq dövrü ilə müqayisədə 1100 nəfər və ya 0,3 faiz artıb.

 


Geri dön