Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Qarabağ > Qaragöl ətrafındakı gərginlik ciddi bir səhvimizi üzə çıxardı - Laçınlı HÜQUQŞÜNAS
Qaragöl ətrafındakı gərginlik ciddi bir səhvimizi üzə çıxardı - Laçınlı HÜQUQŞÜNAS21-05-2021, 17:10. Yazar: Admin |
““Dağ mirvarisi” Qaragöl ətrafında son günlər yaşanan gərginlik yaxın tariximizdə yol verdiyimiz bir ümumi səhvimizi də üzə çıxardı. Düşmən tərəfin Qaragöl ətrafında dirəşib, “buralar bizimdir” deməsinin bir səbəbi də odur ki, onlar hələ 1950-1960-cı illərdən öz tərəflərindən gölün sahilinə qədər kifayət qədər rahat yol çəkmişdilər. Göl və ətrafı bizim ola-ola istədikləri vaxt oralara gəlib-gedə bilirdilər, göldən Gorusa boru ilə içməli su xətti çəkmişdilər, orada balıq yetişdirib yeyirdilər, arada bizə də balıq satırdılar və s…”.
Qeyd edək ki, hazırda da davam edən sərhəd mübahisəsinin kökündə duran səbəb Ermənistanın 1992-ci ildə Laçını işğal edəndən sonra bu ərazidə dövlət sərhədini irəli çəkməsidir. Laçın bölgəsini 2020-ci ilin noyabrınadək işğal altında saxlayan Ermənistan son günlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-də Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsinə - delimitasiya və demarkasiyasına çalışır. Geri dön |