Ana Sayfa > Karusel / Sosial > Bu şəxs 3 il Bakı-Abşerondan çıxa bilməyəcək - SƏBƏB

Bu şəxs 3 il Bakı-Abşerondan çıxa bilməyəcək - SƏBƏB


21-05-2021, 14:50. Yazar: Admin
Bu şəxs 3 il Bakı-Abşerondan çıxa bilməyəcək - SƏBƏB

Ötən ilin dekabr ayında evdən çıxan koronavirus xəstəsinə Abşeron rayon məhkəməsində hökm oxunub.

Qarabaginfo.az xəbər verir ki, Bakı Gəmiqayırma və Gəmi təmiri zavodunda mühəndis vəzifəsində işləyən T.Əkbər oğlu dekabrın 11-də COVID-19 virusuna yoluxduğunu bilib və testin cavabının pozitiv olması haqda SMS xəbərdarlıq da alıb. Dekabrın 22-də yaşadığı evdən çıxaraq Xırdalan şəhərində avtobus dayanacağına gəlib və bu zaman polislər ona yaxınlaşaraq kimliyini yoxlayarkən aktiv koronavirus xəstəsi olduğu məlum olub.

Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla yaşadığı evə təhvil verilib. Ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən T.Əkbər oğlu məhkəmədə ifadə verərək bildirib ki, dekabrın 10-da koronavirusa yoluxmasından şübhələndiyi üçün test verib və dekabrın 12-də ona virusa yoluxması və evi tərk etməməsi barədə SMS gəlib: “On gün evdə müalicə olundum və artıq özümü yaxşı hiss edirdim. Sağalıb-sağalmadığımı öyrənmək üçün dekabrın 22-də evdən çıxıb analiz verməyə getdim. Dayanacaqda avtobus gözləyən zaman polis əməkdaşları mənə yaxınlaşaraq adımı əllərində olan portal vasitəsilə yoxladılar.

Həmin vaxt aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olduğumu bildilər. Etdiyim əməldən peşmanam və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğumu nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş edirəm”.

Hakim Sevinc Quliyevanın hökmü ilə T.Əkbəroğluna 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, 3 il ərzində elektron qolbaq taxaraq Bakı şəhər və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməməlidir./Qafqazinfo/


Geri dön