“Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində çox yaxşı bir iş gördük”.
Qarabaginfo.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu “Yeni Bilik” forumunda çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ermənistan-Azərbaycan münasibətlərini və Cənubi Qafqazda ümumi vəziyyəti normallaşdırmağa kömək etdiyimiz zaman, vasitəçiliyimiz də daxil olmaqla, Qarabağ münaqişəsi ilə əlaqədar 90-cı illərin əvvəllərindən bəri bağlanmış bütün iqtisadi və nəqliyyat əlaqələrini blokadadan çıxarmaq üçün bir fürsət açılıb” - deyə, əlavə edib.