Ana Sayfa > Karusel / Gündəm > Yeni üçtərəfli razılaşma imzalanacaq? – Kremldən AÇIQLAMA

Yeni üçtərəfli razılaşma imzalanacaq? – Kremldən AÇIQLAMA


21-05-2021, 14:13. Yazar: Admin

Ötən gün Azərbaycan, Ermənistan və Rusiya arasında yeni üçtərəfli razılaşmanın imzalanacağı ilə bağlı məlumat yayıldı.

Qarabaginfo.az xəbər verir ki, müqavilənin sürətinin mətbuata sızdırılması Ermənistanda ciddi rezonans doğurmuşdu. Belə ki, yeni sənəd sərhədlərin tanınması və Naxçıvanla Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu.

 

İmzalanması planlaşdırılan sənədə Kreml də artıq mövqe bildirib.

“Belə təsadüfi məlumatlara təmkinli yanaşmaq və yalnız rəsmi mənbələrə inanmaq lazımdır. Çünki bu çox kövrək substansiyadır və vəziyyətin nizamlanması üçün çox ciddi səylər göstərilir” - deyə prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.(Modern.az)


Geri dön