Ana Sayfa > Karusel / Dünya > Dərbənd rayonunun başçısı FTX əməkdaşları tərəfindən saxlanılıb

Dərbənd rayonunun başçısı FTX əməkdaşları tərəfindən saxlanılıb


9-02-2018, 10:45. Yazar: Admin

 

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilovu saxlayıblar. 

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, M.Cəlilov dindirilmədən sonra saxlanılıb. Rayon başçısı torpaq sahələrinin satışı ilə bağlı maxinasiyalarda şübhəli bilinir.

Mənbənin bildirdiyinə görə, bundan bir neçə saat əvvəl Maqomed Cəlilovun qardaşı, Derbent Şəhər Şurasının deputatı Zülfəddin Cəlilov da saxlanılıb.

Qeyd edək ki, əvvəllər Z.Cəlilovu qətl törətməkdə şübhəli bilərək güc strukturları tərəfindən saxlanılıb, lakin tezliklə azad edilib.


Geri dön