Ana Sayfa > Karusel / Gündəm / Qarabağ > Rusiya Qarabağa YUNESKO missiyasının tezliklə göndərilməsini istəyir

Rusiya Qarabağa YUNESKO missiyasının tezliklə göndərilməsini istəyir


21-05-2021, 12:44. Yazar: Admin
title

“Qarabağda mədəni irsin qorunması mövzusu rəsmi Bakı və Yerevanla təmaslarımızda mütəmadi olaraq müzakirə olunur. Xüsusilə bu mövzuya Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana mayın birinci yarısında baş tutmuş işgüzar səfəri zamanı toxunulub”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O bildirib ki, Rusiya tərəfi bölgəyə YUNESKO missiyasının mümkün qədər tez göndərilməsinin tərəfdarıdır.

M.Zaxarova ATƏT-in Minsk qrupu həmsədrləri xətti ilə iş aparıldığını vurğulayıb və bu il aprelin 13-də həmsədrlərin qəbul etdikləri bəyanatda dini, mədəni irsin saxlanılması və qorunmasının qeyd olunduğunu xatırladıb.

(Report)


Geri dön