Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Spiker: “Avropa Parlamentinin “hərbi əsir”lərlə bağlı qətnaməsi, sadəcə, kağız parçasıdır”
Ana Sayfa > Karusel / Siyasət > Spiker: “Avropa Parlamentinin “hərbi əsir”lərlə bağlı qətnaməsi, sadəcə, kağız parçasıdır”

Spiker: “Avropa Parlamentinin “hərbi əsir”lərlə bağlı qətnaməsi, sadəcə, kağız parçasıdır”


21-05-2021, 11:34. Yazar: Admin

 

#

 

“Avropa Parlamentində “hərbi əsir”lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib: “Bu, sadəcə, kağız parçasıdır. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək”. (APA)


Geri dön