Ana Sayfa > Karusel / Gündəm > Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq


21-05-2021, 10:53. Yazar: Admin

“Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.

 

O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib.

 

Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: “Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.


Geri dön