Ana Sayfa > Karusel / Gündəm > “Space”in yeni rəhbərindən ilk AÇIQLAMA

“Space”in yeni rəhbərindən ilk AÇIQLAMA


20-05-2021, 23:28. Yazar: Admin
“Space”in yeni rəhbərindən ilk AÇIQLAMA

 

Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov "Space" teleradio şirkətinin yeni rəhbər təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, Müşfiq Hətəmov açıqlamasında ilk təəssüratını bölüşüb və planlarından danışıb : "Bir saat öncə kollektiv ilə görüşdük, təqdimat oldu. "Space" televiziyası ilə yaranan gündən əməkdaşlıq edirdik. Bizə doğma kanaldır".

Müşfiq Hətəmov "Televiziyada hansı işləri görəcəksiniz?" sualına isə "Yaxın vaxtlarda tamaşaçılar atacağımız addımların şahidi olacaq",-deyə cavab verib.

Qeyd edək ki, Müşfiq Hətəmov 2011-2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru olub. O, 2012-ci ildən isə Azərbaycan Prodüserlər Gildiyasının sədridir./Teleqraf.com


Geri dön