Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiya sədri Meral Akşənəri məhkəməyə verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, Ərdoğan Akşənərdən dəymiş mənəvi ziyanın ödənilməsi üçün 250 min lirə (50 min 500 manat) tələb edir.
Meral Akşənər daha öncə Rəcəb Tayyib Ərdoğanı İsrailin baş naziri Benyamin Netanyahu ilə eyniləşdirmişdi.
Loading... (Yenicag.az)