Ana Sayfa > Karusel / Gündəm > Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq

Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq


20-05-2021, 17:34. Yazar: Admin

Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq - EKSKLÜZİV

Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və opera müğənnisi Bülbülün yeni heykəli ucaldılacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında rəssam, heykəltaraş Aslan Rüstəmov deyib.

O qeyd edib ki, işğaldan əvvəl Şuşada həm Ü.Hacıbəyovun, həm də Bülbülün abidəsi olub: "Üzeyir Hacıbəyovun heykəlini heykəltaraş Əhməd Salikov hazırlamışdı. Həmin heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmışdı, lakin erməni vandalları onu tamamilə məhv ediblər. Heykəlin heç modeli də qalmayıb. O dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolara baxıb heykəli hazırlayırıq".

A.Rüstəmov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ondan Bülbülün heykəlinin hazırlanmasını xahiş edib: "Bülbülün Şuşadakı ev muzeyinin həyətində heykəli ucaldılmışdı. Ermənilər heykəli tamamilə dağıdıblar. Həmin abidənin eyni formasını hazırlayırıq. Oğullarım Teymur və Mahmudla birgə hər iki heykəlin üzərində işləyirik”.


Geri dön