Ana Sayfa > Karusel / Gündəm > Şəkidə 100 nəfərlik toyun qarşısı alındı - Foto
Şəkidə 100 nəfərlik toyun qarşısı alındı - Foto20-05-2021, 15:51. Yazar: Admin |
Şəki şəhərində istirahət mərkəzlərinin birində toy məclisi təşkil edildiyi müəyyən olunub. DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, rayonun Baş Layısqı kəndi ərazisindəki istirahət mərkəzində 100 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy mərasimi polislər tərəfindən dayandırılıb. Xüsusi karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, məclisi təşkil edən şəxslər və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.
Geri dön |