Ana Sayfa > Karusel / Gündəm > Gürcüstan-Azərbaycan birgə gömrük məntəqəsinin inşası müzakirə olunub

Gürcüstan-Azərbaycan birgə gömrük məntəqəsinin inşası müzakirə olunub


20-05-2021, 14:05. Yazar: Admin
title

Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımovla Gürcüstanın Gəlirlər Xidmətinin rəis müavini Vladimir Xundadze və Gömrük İdarəsinin rəisi Zurab Siçinava ilə görüş keçirilib.

Qarabaginfo.az xəbər verir ki, görüş Azərbaycan ərazisindəki “Sınıq körpü” gömrük məntəqəsində baş tutub.

Görüşdə “İpək yolu” adlı yeni birgə gömrük-buraxılış məntəqəsinin tikinti layihəsi müzakirə olunub.

Tərəflər həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığına dair üçtərəfli sazişi də nəzərdən keçiriblər.


Geri dön