Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Oqtay əsədov arasinda görüş keçirilib.
"Qarabaginfo"un "Apa.az"a istinadən verdiyi məlumata görə, Dövlət Dumasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib.
Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərginin rəsmi açılışı olacaq. Rəsmi açılış mərasimində Vyaçeslav Volodin və Oqtay Əsədov da iştirak edəcəklər.