Ana Sayfa > Karusel / Gündəm > Ermənistanda PUA-ları tədqiq edən laboratoriyalar yaradılır

Ermənistanda PUA-ları tədqiq edən laboratoriyalar yaradılır


20-05-2021, 11:15. Yazar: Admin

Ermənistanda PUA-ları tədqiq edən laboratoriyalar yaradılır

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qələbəsini təmin edən əsas faktorlar arasında olan Türk dronları düşməni qorxuya salıb. Nəticədə Ermənistan pilotsuz uçuş aparatlarının öyrənilməsi üçün artıq laboratoriyalar yaradılmağa başlayıb. İyun ayının əvvəlində ilk məktəb laboratoriyası açılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın Yüksək Texnoloji Müəssisələr Birliyinin (UATE) icraçı direktoru Raffi Kasardjyan açıqlama verib. İlk laboratoriyanın Dilicandakı Monte Melkonyan Hərbi Məktəbində açılacağı bildirilib. Burada kursantlarla yanaşı 15-18 yaşlı məktəblilər də təhsil alacaq.

Raffi Kasardjyan növbəti üç ayda daha 7-8 bu tip laboratoriyanın açılacağını vurğulayıb:

“Əlbəttə, burada daha dərin bilik tələb olunur. Aerodinamikanı, mühərrikin işini, idarəetmə sistemini və avtomobilin istiqamətini öyrənmək lazımdır. Cihazın çəkisini motor və batareyanı da nəzərə alaraq hesablamaq lazımdır. Uçuşun sürəti və məsafəsi bundan asılı olacaq. Bu səbəbdən buraya orta yox, yuxarı sinif şagirdləri gələcək. Burada uşaqlara gələcək cihazların layihələrini müstəqil şəkildə tərtib etmək və sonra onları öz-özünə yığmaq öyrədiləcəkdir”.


Geri dön