Ana Sayfa > Karusel / Gündəm > Ermənistan hökuməti Sünik və Geğarkunik bələdiyyə sədrlərinə "susmağı" tapşırıb

Ermənistan hökuməti Sünik və Geğarkunik bələdiyyə sədrlərinə "susmağı" tapşırıb


20-05-2021, 11:05. Yazar: Admin
title

Sünik və Geğarkunik bölgələri icmalarının rəhbərlərinə sərhəd vəziyyəti barədə açıq danışmamaq tapşırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın yerli “Joğovurd” qəzeti yazıb.

Bildirilib ki, indi sözügedən bölgələrin bələdiyyə başçıları və jurnalistlər regional rəhbərlikdən yalnız hər şeyin yaxşı olduğunu, vəziyyətin dəyişmədiyini söyləmək üçün tapşırıq alıblar.

Səlahiyyətli şəxslərin bir çoxu bu günlərdə zənglərə cavab vermir və ya cavab verdiyi təqdirdə sərhəd vəziyyəti ilə bağlı yayılan məlumatları təkzib etməyə çalışırlar.(Qazet.az)


Geri dön