Xızı rayonunun Giləzi qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 m2 olan anbarın içərisində 5 ton ot bağlamasının 600 kq və anbara bitişik talvarın altında olan 3 ədəd minik və 1 ədəd yük avtomobili qismən yanıb.
"Qarabaginfo" FHN-ini saytına istinadən verdiyi məlumata görə, anbar və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.